DSMF sədri: "Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib"

DSMF sədri: "Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib" Elman Mehdiyev Asiya İnkişaf Bankının Azərbaycanda səfərdə olan missiyası ilə görüşüb
Sosial müdafiə
4 Fevral , 2016 16:44
DSMF sədri: Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib

Bakı. 4 fevral. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Asiya İnkişaf Bankının Azərbaycanda səfərdə olan missiyası ilə görüşüb. 

Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 

Bankın Mərkəzi və Qərbi Asiya Departamentinin baş iqtisadçısı Ciovanni Kapannellinin rəhbərlik etdiyi missiya ilə görüş zamanı Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması və hərtərəfli inkişafın təşviqinə yönələn təşəbbüslər müzakirə olunub.

E.Mehdiyev bildirib ki, bu gün əksər ölkələrin pensiya sistemlərində maliyyə dayanıqlığının təmin edilməsi və sosial proqramların icrası baxımından ciddi gərginliklər müşahidə olunur: "Azərbaycanda isə vaxtında qəbul edilən qərarlar və reallaşdırılmış qabaqlayıcı tədbirlər sayəsində ölkəmizin pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib".

O, qurumun fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verib, ölkədə qurulmuş sığorta-pensiya sisteminin uğurla inkişaf etdirilməsi üçün həyata keçirilən islahatlardan, qarşıda duran başlıca vəzifələr və onların həlli yollarından ətraflı bəhs edib.

Missiyanın rəhbəri C.Kapannelli Azərbaycanda sığorta-pensiya sahəsində görülən işləri müsbət qiymətləndirdiklərini diqqətə çatdırıb.

Görüşdə Asiya İnkişaf Bankı ilə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi