Bakı. 12 noyabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev noyabrın 19-u saat 11:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində Ağcabədi, Beyləqan, Bərdə, Zərdab, Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Bu barədə "Report"a Fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşların noyabrın 19-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.