DSMF-nin vakant yerlər üzrə test mərhələsindən keçənlərin sayı açıqlanıb

DSMF-nin vakant yerlər üzrə test mərhələsindən keçənlərin sayı açıqlanıb Fond sisteminə dövlət qulluğuna müsabiqə yolu ilə qəbul prosesi davam edir
Sosial müdafiə
16 Fevral , 2015 10:52
DSMF-nin vakant yerlər üzrə test mərhələsindən keçənlərin sayı açıqlanıb

Bakı. 16 fevral. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün təklif edilən 258 yer üçün 521 nəfər ərizə ilə müraciət edib. Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Həmin vakant yerlər üzrə iştirakçılardan müsabiqənin test mərhələsində 156 nəfər uğur qazanıb və onlar seçimin 2-ci mərhələsi olan müsahibə mərhələsində iştirak edəcəklər.

Xatırladaq ki, ölkə üzrə dövlət qulluqçularının 10 faizi Dövlət Sosial Müdafiə Fondunda çalışır və onların arasında gənclər üstünlük təşkil edir. DSMF 2007-ci ildən dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlərlə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir. 2007-2014-cü illərdə Dövlət Sosial Müdafiə Fondu üzrə keçirilən müsabiqələrdə 3229 nəfər namizəd iştirak edib, bunlardan 605 nəfəri qalib gəlib və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunublar.

Son xəbərlər

Orphus sistemi