​DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

​DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb Ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları üzrə müşahidə olunur
Sosial müdafiə
9 İyun , 2015 10:19
​DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Bakı. 9 iyun. REPORT.AZ/ Bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,3 faiz artıb. DSMF-nin mətbuat xidmətindən "Report" a verilən məlumata görə, may ayı ərzində əlavə olaraq 741 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 24 393 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,75 faizini (21 649 nəfər) kişilər, 11,25 faizini (2 744 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 702 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 699 nəfərə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 1 403 nəfərə çatıb.
Sonrakı yerlərdə İran (924), Çin (808), Hindistan (758), Pakistan (491), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (410), Banqladeş (308), Ukrayna (307), Özbəkistan (253), Almaniya (214), ABŞ (208), Filippin (205), Türkmənistan (195), Qazaxıstan (176), İtaliya (172), Koreya (155) və s. ölkələr qərarlaşıb.
2006-cı il yanvarın 1-dən Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Son xəbərlər

Orphus sistemi