DSMF-nin elektron xidmətlərindən istifadə edənlərin sayı 2 dəfə artıb

DSMF-nin elektron xidmətlərindən istifadə edənlərin sayı 2 dəfə artıb Bu ilin 10 ayı ərzində fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb
Sosial müdafiə
2 Noyabr , 2015 11:24
DSMF-nin elektron xidmətlərindən istifadə edənlərin sayı 2 dəfə artıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elektron xidmətlərindən 2,2 milyondan çox vətəndaş istifadə edib. Bu barədə “Report”a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumata görə, fondun öz saytı, “Elektron hökumət” portalı və “Hökumət Ödəniş Portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,2 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

DSMF-də vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində bu ilin 10 ayı ərzində fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb.

Son xəbərlər

Orphus sistemi