​DSMF-nin apellyasiya şikayəti təmin edilməyib

​DSMF-nin apellyasiya şikayəti təmin edilməyib Qərar dəyişdirilmədən saxlanılıb
Sosial müdafiə
28 Oktyabr , 2015 12:46
​DSMF-nin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentinin “Maşınqayırma Texnologiyası İnstitutu” Törəmə Açıq Səhmdar Cəmiyyətinə (TASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, departamentin apellyasiya şikayəti təmin edilməyib, əvvəlki məhkəmə instansiyasının qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, "Maşınqayırma Texnologiyası İnstitutu” DSMF-nin Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən TASC sərəncamların geri götürülməsi və digər tələblər irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərarla razılaşmayan DSMF-nin departamenti isə apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi