Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370,8 manat təşkil edir.
SOCAR fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında xüsusi çəkiyə malikdir. Bu ilin 8 ayı ərzində SOCAR tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 89 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqı ödənilib.