Dövlət Statistika Komitəsi: Bu il Azərbaycanda 60 min iş yeri açılıb

Dövlət Statistika Komitəsi: Bu il Azərbaycanda 60 min iş yeri açılıb 2004-cü ildən bu günə qədər ölkədə 1,4 mln.-dan artıq yeni iş yeri yaradılıb
Sosial müdafiə
16 İyul , 2015 12:18
Dövlət Statistika Komitəsi: Bu il Azərbaycanda 60 min iş yeri açılıb

Bakı. 16 iyul. REPORT.AZ/ Ötən ildən başlayaraq Azərbaycanda 187,2 min yeni, o cümlədən 153,9 min daimi iş yeri açılıb. Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, təkcə bu ilin birinci yarısında ölkədə yaradılan yeni iş yerlərinin sayı 59,9 min, o cümlədən daimi iş yerlərinin sayı 48,8 min olub.

Qeyd edək ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına başlanılan 2004-cü ildən bu günə qədər ölkədə 1 424,5 min yeni, o cümlədən 1 059,7 min daimi iş yeri yaradılıb.

Son xəbərlər

Orphus sistemi