​Dövlət sosial sığorta şəhadətnaməsinin formasına dəyişiklik edilib

​Dövlət sosial sığorta şəhadətnaməsinin formasına dəyişiklik edilib Nazirlər Kabineti bu barədə müvafiq qərar qəbul edib
Sosial müdafiə
25 İyun , 2016 01:32
​Dövlət sosial sığorta şəhadətnaməsinin formasına dəyişiklik edilib

Bakı. 25 iyun. REPORT.AZ/ “Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2002-ci il 23 mart tarixli qərarında dəyişikliklər edilib.

"Report" xəbər verir ki, dəyişikliyə görə, “Dövlət sosial sığorta şəhadətnaməsinin forması”nın “Üz tərəf” hissəsinə “Cinsi” abzasından sonra “Ünvanı” və “Fərdi identifikasiya nömrəsi” abzasları əlavə edilib.

Qərar “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 68-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 1782 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi qəbul edilib.

Son xəbərlər

Orphus sistemi