Dövlət Sərhəd Xidmətinin rəisi Lənkəranda sakinlərlə görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi Lənkəranda sakinlərlə görüşüb Vətəndaşların qaldırdığı məsələlər araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb
Sosial müdafiə
18 Fevral , 2016 18:42
Dövlət Sərhəd Xidmətinin rəisi Lənkəranda sakinlərlə görüşüb

Bakı. 18 fevral. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Lənkəran Sərhəd Dəstəsində sakinlərlə görüşüb. DSX-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu gün keçirilən qəbulda Astara, Lerik, Lənkəran və Yardımlı rayonlarının sakinləri iştirak edib.

Qəbul zamanı vətəndaşların DSX-da xidmətə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı yaşayış məntə­qə­lərində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların qaldırdığı məsələlər araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-ın müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.

DSX-ın səlahiyyətlərinə aid olmayan müraciətlər qeydiyyata alınıb və aidiyyəti üzrə qurumlara göndərilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi