Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanda ahıllar və sağlamlıq imkanları məhdud olan vətəndaşlar üçün internat evlərinin və digər müəssisələrin sayı 7-dir.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm 2000-ci ildən bu günə kimi dəyişməyib.
2015-ci ilin məlumatına görə, bu cür müəssisələrdə yerlərin sayı 1162, yaşayanların sayı isə 817 nəfərdir.
2000-ci ildə bu məkanlarda yerlərin sayı 1012, yaşayanların sayı 677 nəfər olub.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat evlərinin sayı 2, yerlərin sayı 370-dir.
2000-ci ildə bu müəssisələrdə 300 uşaq var idisə, hazırda 314 uşaq yaşayır.