Dövlət Komitəsi: Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər var

Dövlət Komitəsi: Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər var "İkinci sırada isə məiş­ət zorakılığı ilə bağlı müraciətlər gəli­r"
Sosial müdafiə
5 Fevral , 2016 13:04
Dövlət Komitəsi: Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər var

Bakı. 5 fevral. REPORT.AZ/ "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə son on ildə 30 minə yaxın müraciət, 7 796 şikayət daxil olub. Şikayətlərdən 2 107-si məhkəmə qərarlarının icra olunmaması, 1 593-ü məişət zorakılığı, 1 284-ü inzibati orqanların fəaliyyəti ilə bağlı olub". "Report" xəbər verir ki, bunu Dövlət Komitəsinin şöbə müdiri Taliyyə İbrahimova deyib.

Şöbə müdiri bildirib ki, bu gün Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər var: "Dövlət Komitəsinə alimentlə bağlı məhkəmə q­ərarlarının icrasında yaranan problemlər­lə bağlı daha çox müra­ciət daxil olur. İkinci sırada isə məiş­ət zorakılığı ilə bağlı müraciətlər gəli­r".

Son xəbərlər

Orphus sistemi