DİN Xınalıq kənd sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi səyyar xidmətini göstərib

DİN Xınalıq kənd sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi səyyar xidmətini göstərib İki gündə Bakı və regionlarda 186 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunub
Sosial müdafiə
1 Dekabr , 2014 12:49
DİN Xınalıq kənd sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi səyyar xidmətini göstərib

Bakı. 1 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və aidiyyəti ərazi polis orqanlarının müvafiq xidmət əməkdaşlarının iştirakı ilə Qubanın Xınalıq kəndində yaşayan sakinlərə, paytaxtın Nərimanov rayonunda Bakıda, Sumqayıtda, həmçinin Abşeronda məskunlaşmış Füzulidən olan məcburi köçkünlərin bir qrupuna şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib. Xınalıq kəndindəki tədbir zamanı ümumilikdə 94 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim edilib. Bakı şəhərində keçirilmiş səyyar xidmət nəticəsində isə 92 nəfər şəxsiyyəti təsdiqləyən yeni vəsiqələr alıb, 79 şəxsin isə müvafiq sənədləri qəbul olunub.

Son xəbərlər

Orphus sistemi