DİN səyyar xidmətləri davam etdirir

DİN səyyar xidmətləri davam etdirir 2000 nəfərə şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunub
Sosial müdafiə
26 Aprel , 2016 15:39
DİN səyyar xidmətləri davam etdirir

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanın şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir Ramil Usubovun tapşırığı ilə bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbirlər respublikanın Bərdə, Qazax, Şəmkir, Yevlax, Şəki, İsmayıllı, Qusar, Şamaxı, Zərdab, Tərtər, Sumqayıt, Xızı şəhər və rayonlarında baş tutub.

Səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 2000 nəfərə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib, 2100 şəxsin isə müvafiq sənədləri qəbul olunub.

Analoji tədbirlər respublikanın digər bölgələrində də davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi