DİN Qızıldaş qəsəbəsində səyyar xidmət keçirib

DİN Qızıldaş qəsəbəsində səyyar xidmət keçirib Həmin qəsəbədə məskunlaşmış 155 Yardımlı rayon, 160 nəfər isə Qızıldaş qəsəbə sakininin müvafiq sənədləri qəbul edilib
Sosial müdafiə
18 May , 2015 19:21
DİN Qızıldaş qəsəbəsində səyyar xidmət keçirib

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi, səmərəliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə ölkənin şəhər və rayonlarında səyyar xidmətlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, növbəti belə tədbirlər paytaxtın Qaradağ RPİ-nin və Yardımlı RPŞ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində baş tutub.

Keçirilmiş səyyar xidmət zamanı bu qəsəbədə məskunlaşmış 155 Yardımlı rayon, 160 nəfər isə Qızıldaş qəsəbə sakininin müvafiq sənədləri qəbul edilib.

Son xəbərlər

Orphus sistemi