DİN Göyçayda vətəndaşlara səyyar xidmət göstərib

DİN Göyçayda vətəndaşlara səyyar xidmət göstərib 200 sakinə yeni şəxsiyyət vəsiqələri təqdim olunub
Sosial müdafiə
3 Sentyabr , 2015 16:15
DİN Göyçayda vətəndaşlara səyyar xidmət göstərib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Bakıda, digər şəhər və rayonlarda şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. 

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) müvafiq qurum əməkdaşlarının iştirakı ilə baş tutub.

Səyyar xidmət zamanı ümumilikdə 200 rayon sakininə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi