Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Daşkəsən RPŞ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə dekabrın 18-də rayonun Qabaqtəpə, Quşçu, Çanaqçı və Yeni Daşkəsən kəndlərində yaşayan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.
Tədbir zamanı ümumilikdə 119 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib, həmçinin 115 nəfərin şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib.
Rayon sakinləri bu tip səyyar xidmətlərin təşkilinə görə DİN rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir.