​DİN daha iki rayonda səyyar xidmət keçirib

​DİN daha iki rayonda səyyar xidmət keçirib Ümumilikdə 680 nəfərin müvafiq sənədləri qəbul edilib
Sosial müdafiə
1 May , 2015 17:12
​DİN daha iki rayonda səyyar xidmət keçirib

Bakı. 1 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. 

Azərbaycan DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, növbəti belə tədbirlər Bərdə və Yevlax RPŞ-lərin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.

Səyyar xidmətlər zamanı yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün Bərdə rayonunda 380, Yevlax rayonunda isə 300, ümumilikdə  680 nəfərin müvafiq sənədləri qəbul edilib.

“Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir”, - məlumatda bildirilib.  

Son xəbərlər

Orphus sistemi