​DİN Binəqədidə yanan binanın 25 sakinini şəxsiyyət vəsiqəsi ilə təmin edib

​DİN Binəqədidə yanan binanın 25 sakinini şəxsiyyət vəsiqəsi ilə təmin edib Bu istiqamətdə tədbirlər davam etdirilir
Sosial müdafiə
25 May , 2015 18:32
​DİN Binəqədidə yanan binanın 25 sakinini şəxsiyyət vəsiqəsi ilə təmin edib

Bakı. 25 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları tərəfindən cari il mayın 19-da baş vermiş yanğın nəticəsində şəxsiyyəti təsdiq edən sənədləri məhv olmuş vətəndaşlara yeni vəsiqələrin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səyyar xidmət zamanı müraciət etmiş 25 nəfər şəxsiyyət vəsiqələri ilə təmin olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi