DİN 2 vəzifə üçün müsabiqə elan edib

DİN 2 vəzifə üçün müsabiqə elan edib Sənədlər fevralın 22-dən martın 22-dək hər gün qəbul edilir
Sosial müdafiə
19 Fevral , 2016 17:15
DİN 2 vəzifə üçün müsabiqə elan edib

Bakı. 19 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN), nazirliyin Aparatında vakant olan 2 inspektor-tərcüməçi (sinxron-ingilis dili) vəzifəsində xidmətə qəbulla bağlı müsabiqə elan edib.

DİN-in Baş Kadrlar İdarəsindən "Report"a verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi ixtisası üzrə magistr dərəcəsi alan, ingilis dilini mükəmməl bilən, yaşı 30-dək, həqiqi hərbi xidmət müddətini tam başa vuran (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunan şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müvafiq ixtisas üzrə elmi dərəcəyə və tərcüməçi kimi əmək stajına malik və həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi, eləcə də xidmətin növbəliliyi baxımından kişilərə üstünlük veriləcək.

Namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunan normativlər üzrə yoxlanacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplom, hərbi bilet (kişilər üçün), əmək kitabçası (olanlar üçün) şəxsən təqdim etməlidirlər.

Sənədlər fevralın 22-dən martın 22-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti,7, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qəbul edilir.

Namizədlər əlavə məlumat almaq üçün 012-590-98-55, 012-590-92-37 nömərələri ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi