Deputatlığa namizəd Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir

Deputatlığa namizəd Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir Bəxtiyar Əliyev Mehdiabad qəsəbəsində məskunlaşan ağdamlılarla görüşüb
Sosial müdafiə
21 Oktyabr , 2015 16:52
Deputatlığa namizəd Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir

Bakı. 21 oktyabr. REPORT.AZ/ 118 saylı Ağdam şəhər Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir.

"Report" xəbər verir ki, B.Əliyev Mehdiabad qəsəbəsində məskunlaşan ağdamlılarla görüşüb.

Seçicilərin böyük fəallıq və maraq göstərdikləri görüşlərdə Ağdam rayonundan olan ziyalılar da iştirak ediblər. B.Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət, son illərdə Azərbaycanda reallaşdırılan layihələr, sosial-iqtisadi inkişaf, insanların sosial rifahının yüksəldilməsi, qarşıya çıxan problemlərin həlli üçün görülən işlər barədə danışıb.

O qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından, ev-eşiyindən didərgin düşən məcburi köçkünlərin, o cümlədən ağdamlı köçkünlərin problemlərinin həlli daim dövlətin diqqət mərkəzində olub, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə bu sahədə böyük işlər görülüb, yeni qəsəbələr salınıb, məcburi köçkünlərin yaşayış və işsizlik problemləri həll olunub.

B.Əliyev seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb. Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq, daima doğma ağdamlılarla bir yerdə olacaq, onların hər bir problem və çətinliklərinə öz problemi kimi yanaşacaq: "Birlikdə görə biləcəyimiz çoxlu işlər var. Ona görə də yenidən deputatlığa namizəd olmağa qərar verdim. Sizin problemləriniz, dərdiniz mənim problemim, dərdimdir. Təbii ki, əsas dərdimiz Ağdamın erməni işğalında olmasıdır. Amma bu da çox çəkməz. İnşallah, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə Ağdam işğaldan azad olunacaq və biz bu sevinci birlikdə yaşayacağıq".

Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər deputatlığa namizəd B.Əliyevə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də noyabrın 1-də millət vəkili Bəxtiyar Əliyevə səs verəcəklər.

Son xəbərlər

Orphus sistemi