Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları fləşmob təqdim edib

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları fləşmob təqdim edib Fləşmoba 15-dən çox uşaq qatılıb
Sosial müdafiə
18 Mart , 2015 18:34
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları fləşmob təqdim edib

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları Beynəlxalq Daun Sindromu Günü ilə əlaqədar fləşmob təqdim ediblər. “Report” xəbər verir ki, fləşmobda 15-dən çox uşaq iştirak edib.

Tədbirin məqsədi Daun sindromlu şəxslərin cəmiyyətə, sosial həyata inteqrasiyasının nə qədər böyük əhəmiyyət kəsb etdiyini və bu insanların nəyə qadir olduqlarını nümayiş etdirməkdir.

Qeyd edək ki, Daun sindromu onu 1866-cı ildə ilk dəfə təsvir edən ingilis həkimi Con Daunun şərəfinə adlandırılıb. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Beynəlxalq Daun sindromu gününün qeyd olunmasının tarixi də təsadüfi seçilməyib. Belə ki, məhz cütlüyün nömrəsi (21) və xromosomların miqdarı (3) nəzərə alınaraq Beynəlxalq Daun Sindromu Günü hər il martın 21-də qeyd olunur.

Xatırladaq ki, tədbir Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyi və “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. 

Son xəbərlər

Orphus sistemi