Bu ilin 8 ayında Azərbaycanda 60-dan çox üçəm doğulub

Bu ilin 8 ayında Azərbaycanda 60-dan çox üçəm doğulub Doğulan körpələrdən 1970-i əkizdir
Sosial müdafiə
15 Oktyabr , 2015 13:38
Bu ilin 8 ayında Azərbaycanda 60-dan çox üçəm doğulub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu ilin 8 ayında Azərbaycanda 63 üçəm doğulub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumatda bildirilib ki, yanvar-avqust ayları ərzində ölkədə 109 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,2 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir. Doğulan körpələrdən 1970-i əkiz, 63-ü isə üçəmdir.

Son xəbərlər

Orphus sistemi