​Bu il Azərbaycanda 2534 nəfər sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib

​Bu il Azərbaycanda 2534 nəfər sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib 85 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq Latviya Respublikasına bərpa-müalicəsinə göndərilib
Sosial müdafiə
27 Oktyabr , 2014 11:05
​Bu il Azərbaycanda 2534 nəfər sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib
Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu ilin ötən dövründə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Uşaq Bərpa Mərkəzində 2 199 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 250 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa stasionar və ambulator qaydada bərpa-müalicə xidməti göstərilib.

Bu barədə “Report”a ƏƏSMN-dən bildirilib.

Həmçinin, qeyd olunan müddətdə 85 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq (valideynləri ilə birlikdə) Latviya Respublikasına bərpa-müalicəsinə göndərilib. Beləliklə, bu ilin ötən dövründə ölkədə ƏƏSMN tərəfindən ümumilikdə 2534 nəfər uşaq bərpa-müalicə xidməti ilə təmin edilib.

Qeyd edək ki, Bakı və Naxçıvan şəhərlərindəki uşaq bərpa mərkəzlərində stasionar şəraitdə bərpa-müalicə prosedurlarına cəlb olunan 1022 nəfər uşaqdan artıq 977 nəfəri evə yazılıb. Onların 66-sı tam reabilitasiya olunub, digərlərinin səhhətində yaxşılaşma əlamətləri qeydə alınıb. Adıgedən bərpa mərkəzlərində sağlamlıq imkanları məhdud uşaqlar bərpa-müalicə prosedurları ilə təmin edilməklə yanaşı, onların sosial statuslarının bərpası, şəxsiyyətinin korreksiyası, əmək terapiyası məqsədi ilə kompleks işlər aparılır.

Son xəbərlər

Orphus sistemi