Bu il Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilmiş evlərin sayı açıqlanıb

Bu il Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilmiş evlərin sayı açıqlanıb İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb
Sosial müdafiə
30 Sentyabr , 2016 13:11
Bu il Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilmiş evlərin sayı açıqlanıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Astara rayonunda inşa etdirilən 4 ədəd fərdi yaşayış evini şəhid ailələrinin istifadəsinə verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, evlərin təqdim olunması tədbirlərində nazirliyin, Astara Rayon İcra Hakimiyyətinin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəhid ailələrinin üzvləri onların sosial təminatlarının gücləndirilməsi, sosial-məişət problemlərinin həll olunması istiqamətində aparılan işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar hər bir sahədə diqqət və qayğı ilə əhatə edildiklərinə, bu gün isə yeni yaşayış evləri ilə təmin olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev ölkədə bütün sosial proqramlar kimi, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı işlərinin də uğurla davam etdirildiyini bildirib. 

S.Mehdiyev diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən, cari ildə də ölkənin müxtəlif bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər qeyd olunan insanların istifadəsinə verilib. Bu ilin ötən dövründə artıq 241 nəfərin, o cümlədən 152 nəfər Qarabağ müharibəsi əlilinin, 89 şəhid ailəsinin yeni mənzillərlə təminatı həyata keçirilib.

Tədbirdə bildirilib ki, şəhid ailələrinin sosial ödənişlərlə təminatı da daim gücləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin ailələr Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar ki, 2007-ci ilin əvvəlindən təyin olunan bu təqaüdlərin məbləği ötən müddətdə 2,2 dəfə artırılıb. Bununla yanaşı, şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət ödənilir, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə isə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Pensiya təminatı sahəsində də onlara qayğı ilə yanaşılır. Belə ki, yaşa görə əmək pensiyası təyin olunmuş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə hesablanır. Əmək və məşğulluq sahəsində qanunvericilikdə şəhid ailələrinin üzvləri üçün bir sıra güzəşt və imtiyazlar da müəyyən olunub.

Daha sonra tədbirlərin iştirakçıları yeni yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. 

Son xəbərlər

Orphus sistemi