Bu il Azərbaycanda 42,2 min nikah və 8,6 min boşanma halı qeydə alınıb

Bu il Azərbaycanda 42,2 min nikah və 8,6 min boşanma halı qeydə alınıb Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,6, boşanmaların sayı isə 1,3 olub
Sosial müdafiə
17 Oktyabr , 2016 17:26
Bu il Azərbaycanda 42,2 min nikah və 8,6 min boşanma halı qeydə alınıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, 2016-cı ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 42,2 min nikah və 8,6 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,6, boşanmaların sayı isə 1,3 olub.

Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2622 nəfər gələn və 1205 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1417 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi