Bu gündən Bakı sakinləri Ələtdə Səyyar "ASAN xidmət"dən yararlana biləcəklər

Bu gündən Bakı sakinləri Ələtdə Səyyar "ASAN xidmət"dən yararlana biləcəklər Xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur
Sosial müdafiə
25 Fevral , 2015 14:17
Bu gündən Bakı sakinləri Ələtdə Səyyar ASAN xidmətdən yararlana biləcəklər

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gündən etibarən martın 6-na kimi Bakı şəhərinin sakinləri Səyyar "ASAN xidmət"dən Qaradağ rayonunun Ələt qəsəbəsində yararlana biləcəklər. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Xatırladaq ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

"ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsi ilə səyyar formada əhaliyə xidmətlər göstərilir.

Son xəbərlər

Orphus sistemi