Bir sıra özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib

Bir sıra özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib Bir sıra şəxslər barəsində inzibati-məcburedici tədbirlər görülüb
Sosial müdafiə
6 Fevral , 2015 17:04
Bir sıra özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib

Bakı. 6 fevral. REPORT.AZ/ Son dövrlərdə keçirilən yoxlamalar zamanı bir sıra özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib və bir sıra şəxslər barəsində inzibati-məcburedici tədbirlər görülüb. Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Ciddi qanun pozuntularına yol verdiklərinə görə “Bioloji Təbabət” MMC, “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi”, “İdeal Tibb Şirkəti” MMC və “Diaqnoz Tibb Şirkəti” MMC şirkətləri barəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi