Nazirlik rəsmisi: "Bir sıra müəssisələrdə əməyin mühafizəsində ciddi hüquq pozuntuları aşkarlanıb"

Nazirlik rəsmisi: "Bir sıra müəssisələrdə əməyin mühafizəsində ciddi hüquq pozuntuları aşkarlanıb" 79 nəfər sahibkara qarşı ümumilikdə 179.900 manat məbləğində inzibati cərimə tətbiq olunub
Sosial müdafiə
1 Oktyabr , 2015 12:33
Nazirlik rəsmisi: Bir sıra müəssisələrdə əməyin mühafizəsində ciddi hüquq pozuntuları aşkarlanıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Təhlükəsiz iş aylığı" çərçivəsində müvafiq Tədbirlər Planı əsasında ümumilikdə 107 işəgötürəndə dövlət nəzarəti keçirilib. Bu tədbirlər zamanı 83 halda qanun pozuntusu aşkar edilib və 79 inzibati xəta haqqında protokol tərtib edilməklə 79 nəfər sahibkara qarşı ümumilikdə 179 900 manat məbləğində inzibati cərimə tətbiq olunub". "Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib.

Həmin nəzarət tədbirləri zamanı vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən 17 sahibkarın da aşkar olunduğunu deyən F.Əlizadə bildirib ki, təkcə bu ilin avqust ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz, qeyd olunan hadisələr nəticəsində xəsarət alanların sayı 7,1 faiz azalıb: "Ümumilikdə bu ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz, həmin hadisələr nəticəsində xəsarət alanların sayında isə 38,3 faiz azalma qeydə alınıb".

Son xəbərlər

Orphus sistemi