Bəxtiyar Əliyev Bərdədə möhtəşəm görüş keçirib - FOTO

Bəxtiyar Əliyev Bərdədə möhtəşəm görüş keçirib - FOTO Deputatlığa namizədin növbəti görüşünə də seçicilər böyük maraq göstəriblər
Sosial müdafiə
27 Oktyabr , 2015 10:02
Bəxtiyar Əliyev Bərdədə möhtəşəm görüş keçirib - FOTO

Bakı. 27 oktyabr. REPORT.AZ/ 118 saylı Ağdam şəhər Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev Bərdə rayonunda məskunlaşan ağdamlı seçicilərlə möhtəşəm görüş keçirib.

"Report" xəbər verir ki, Bərdədə məskunlaşan ağdamlılarla görüşlərini davam etdirən B.Əliyevin növbəti görüşünə də seçicilər böyük maraq göstəriblər. Görüşdə yüzlərlə seçici iştirak edib.

B.Əliyev seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib. O, Milli Məclisdə təmsil olunduğu dövrdə yalnız deputat seçildiyi dairənin sakinlərinin deyil, bütün Ağdam camaatının problemlərini daimi diqqət mərkəzində saxladığını bildirib.

B.Əliyev palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb, parlament seçkilərinə qatılmaqda məqsəd və məramını açıqlayıb. Ağdamlılarla hər görüşün yadda qalan olduğunu deyən B.Əliyev vurğulayıb ki, məqsədi dövlətə və millətə xidmət etməkdir: "Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan çox böyük inkişafa nail olub. Sizlərin etimadı ilə bu siyasətin həyata keçirilməsində iştirak etmək istəyirəm. Ona görə də deputatlığa namizədliyimi irəli sürmüşəm və sizlərdən dəstək istəyirəm".

Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq daimi doğma ağdamlılarla bir yerdə olacaq, onların hər bir problem və çətinliklərinə öz problemi kimi yanaşacaq.

Çıxış edən seçicilər B.Əliyevi yaxından tanıdıqlarını, ona böyük inam və etimadlarının olduğunu söyləyiblər. Ağdamlılar bildirib ki, növbəti 5 ildə də onları Milli Məclisdə B.Əliyevin təmsil etməsini arzulayırlar və bununla bağlı qərarlarını çoxdan veriblər.

Ağdamlılar qeyd ediblər ki, B.Əliyev daima onların etimadını doğruldub, hər zaman seçicilərilə bir yerdə olub. Seçicilər öz deputatları ilə fəxr etdiklərini, qürur duyduqlarını söyləyiblər: "Bizim başqa deputata ehtiyacımız yoxdur".

Ağdamlılar noyabrın 1-də deputatlığa namizəd Bəxtiyar Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda B.Əliyev seçicilərin suallarını cavablandırıb, görüşə gəldiklərinə və ona dəstək verdiklərinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbail və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna və Mehdiabad qəsəbələrində məksunlaşmış ağdamlılarla görüşüb.

Deputatlığa namizədin seçicilərlə görüşləri davam edir.

Son xəbərlər

Orphus sistemi