​Novruz Bayramında Milli Parkda pulsuz atraksion olmayacaq

​Novruz Bayramında Milli Parkda pulsuz atraksion olmayacaq Nazim Məcidov: "Tətil günlərində bulvarda bayram əhval-ruhiyyəsi olacaq"
Sosial müdafiə
15 Mart , 2016 10:19
​Novruz Bayramında Milli Parkda pulsuz atraksion olmayacaq

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanda Novruz bayramı münasibətilə elan olunmuş qeyri-iş günlərində Dənizkənarı Milli Parkın ərazisində pulsuz atraksion aksiyası keçirilməyəcək.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

O bildirib ki, parkın ərazisində bayram münasibətilə dövlət səviyyəsində keçiriləcək tədbir martın 19-u səhər saat 10:00-dan başlayacaq və gecə saatlarına qədər davam edəcək.

N.Məcidov onu da əlavə edib ki, sonrakı günlərdə xüsusi tədbirlər keçirilməsə də, tətil günlərinin sonuna kimi bulvar ərazsində bayram əhval-ruhiyyəsi hökm sürəcək.  

Son xəbərlər

Orphus sistemi