Baş prokuror Zakir Qaralov Balakəndə vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov Balakəndə vətəndaşları qəbul edəcək Qəbul Balakən Rayon Prokurorluğunun inzibati binasında keçiriləcək
Sosial müdafiə
18 Avqust , 2016 17:56

Bakı. 18 avqust. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov avqustun 26-da saat 10:00-da Balakən Rayon Prokurorluğunun inzibati binasında Balakən, Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatını və Balakən şəhərinə gəlmələrini müvafiq rayon prokurorluqları təşkil edəcək. 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. 

Son xəbərlər

Orphus sistemi