Baş nazirin müavini: "Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün əsas hədəfidir" - YENİLƏNİB

Baş nazirin müavini: "Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün əsas hədəfidir" - YENİLƏNİB Tədbirdə BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT-nin Baş Katibinin müavini Babatunde Osotimehin iştirak edir
Sosial müdafiə
13 Noyabr , 2015 11:14
Baş nazirin müavini: Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün əsas hədəfidir - YENİLƏNİB

Bakı. 13 noyabr. REPORT.AZ/ “Bu gün qadınlara qarşı zorakılıq və bunun qarşısının alınması müasir dövrün əsas hədəfidir. Qadınların bir çoxu hələ də öz hüququnu bilmir və qanunvericiliyin onlar üçün yaratdığı şəraitdən xəbərsizdirlər”. “Report” xəbər verir ki, bunu baş nazirin müavini Elçin Əfəndiyev “Məişət zorakılığının qarşısının alınması” üzrə Beynəlxalq Konfransda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin fəailiyyət istiqamətlərindən ən başlıcası, məhz məişət zorakılığı problemlərinin araşdırılması və onların aradan qaldırılmasıdır: “Komitə ictimai fikirdə dəyişiklik yaratmaq üçün müxtəlif səviyyədə bir çox addımlar atır. Eyni zamanda, uşaqlara qarşı zorakılıqla bağlı da mühüm tədbirlər həyata keçirir. Qadınlar üçün nikah yaşı bir yaş artırılaraq 18 yaş kimi qəbul edilməsi də təqdirəlayiq haldır. Hətta zorla qadını nikaha daxil olmağa məcbur etmə 2 il azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
O bildirib ki, Daxili İşlər Nazirliyinin yaydığı hesabata əsasən, 2011-ci ildə qadınlara qarşı törədilən zorakılıqla bağlı cinayət faktı 4 280 idisə, bu 2014-cü ildə 2 114-ə enmişdi: "Bu ilin birinci yarım ilində isə belə cinayət faktlarının sayı 567 olub. Bundan başqa, yetkinlik yaşına çatmayan qızlara qarşı zorakılıq faktına görə cinayətlərin sayı 2011-ci ildə 103 idisə, bu keçən il 62, bu ilin I yarısında cəmi 4 olub”. 

*** 11:10

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması” üzrə Beynəlxalq Konfrans öz işinə keçirilir. “Report” xəbər verir ki, konfransda məişət zorakılığının qurbanları üçün istinad mexanizminin gücləndirilməsi, qadınların sosial-iqtisadi potensiallarının genişləndirilməsi və cəmiyyətdə gender məlumatlılığının artırılması vasitəsilə ailədaxili zorakılığın qarşısının alınması, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi və digər mövzularda çıxışlar ediləcək və müzakirələr aparılacaq.
Tədbirdə BMT-nin Əhali Fondunun icraçı direktorunun, BMT-nin Baş Katibinin müavini Babatunde Osotimehin, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Karl Kulessa, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Heimo Laakkonen və BMT-nin Azərbaycandakı rezident-koordinatoru Antonius Bruk və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir.

Tədbirdə həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, baş nazirinin müavini cənab Elçin Əfəndiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, millət vəkili Hadı Rəcəbli və digər dövlət qurumlarının nümayəndələri iştirak edir.

Son xəbərlər

Orphus sistemi