Bakı şəhərində doğulanların sayında azalma, ölənlərin sayında artım var

Bakı şəhərində doğulanların sayında azalma, ölənlərin sayında artım var Doğulan 34 726 nəfərin 19 minə yaxını oğlanlardır
Sosial müdafiə
30 Mart , 2016 09:55
Bakı şəhərində doğulanların sayında azalma, ölənlərin sayında artım var

Bakı. 30 mart. REPORT.AZ/ Ötən ilin əvvəlinə olan məlumata görə, Bakı şəhərində 34 726 nəfər doğulub, qeydə alınan ölümlərin sayı 12 428 olub.

"Report" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə Bakıda doğulanların sayında azalma, ölənlərin sayında artım qeydə alınıb.

Belə ki, 2013-cü ilin sonuna olan məlumata görə, Bakıda 40 050 nəfər doğulan, 12 241 nəfər ölən qeydə alınıb.

Bakıda doğulan 34 726 nəfərin 18 488-i oğlan, 16 238-i qız uşağı olub.

2013-cü ildə doğulan 40 050 insanın 21 158-i oğlan, 18 892 nəfəri qız uşağı olub.

Ötən ilin əvvəlinə Bakı şəhərində 19 338 nikah bağlanıb, 4 086 nikah boşanma ilə nəticələnib.  

Son xəbərlər

Orphus sistemi