Bakı. 22 fevral. REPORT.AZ/ "Bakı Olimpiya Stadionu"nda toy etmək bir qədər qəribə səslənir". Bu, "Bakı Olimpiya Stadionu”nda toy etmək mümkündür. Sizin və ya yaxınlarınızın toyunun stadionda olmasını istərdizmi?" sualı ilə bağlı Azərbaycanda 775 nəfər arasında aparılan sosial sorğuya ən çox verilən cavabdır.
"Report"un sorğunu aparan "Database" şirkətinə istinadən verdiyi məlumata görə, bu sual sorğuda iştirak edənlərin 52%-ni təəccübləndirib.
Məsələ ilə bağlı 31% stadionda toy etmək istəmədiklərini bildiriblər. Sorğuda iştirak edənlərin 17%-i stadionda toy etmək istədiklərini bildiriblər, ancaq 10% bu toyun yay aylarına təsadüf etməsi şərti ilə razılaşıblar.
Şirkətdən bildirilib ki, bu xəbər səsvermədə iştirak edənlərdə o qədər təəccüb yaradıb ki, onlar qoyulan suala qəti cavab verə bilməyiblər.