Rəis: "​Bakı funikulyoru hələ ödənişsiz fəaliyyət göstərəcək"

Rəis: "​Bakı funikulyoru hələ ödənişsiz fəaliyyət göstərəcək" "Funikulyorun ödənişli xidmətə nə zaman keçəcəyi məlum deyil"
Sosial müdafiə
13 Aprel , 2016 16:05
Rəis: ​Bakı funikulyoru hələ ödənişsiz fəaliyyət göstərəcək

Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda fəaliyyət göstərən funikulyor 4 ildir ödənişsiz fəaliyyət göstərir

Bunu "Report"a Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov bildirib.

Funikulyorun pullu xidmətə nə zaman keçəcəyi məlum deyil.

O xatırladıb ki, funikulyorda yeni sistem quraşdırıldıqdan sonra xidmətdən istifadə pulsuzdur: "Artıq yeni sistemin quraşdırılmasından 4 il ötür. Funiklyorun nə zaman ödənişli xidmətə keçəcəyini bilmirəm. Bu barədə məlumatım yoxdur".

Xatırladaq ki, yeni sistem quraşdırılmamışdan əvvəl xidmətin qiyməti 20 qəpik olub.

Qeyd edək ki, funikulyorun fəaliyyətə başlamasından 45 il ötür.

Son xəbərlər

Orphus sistemi