Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı 17,1 faiz azalıb

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı 17,1 faiz azalıb Bu il oktyabrın 1-nə ölkədə 112092 ailəyə (491409 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı təyin olunub
Sosial müdafiə
13 Oktyabr , 2014 15:26
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı 17,1 faiz azalıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı 17,1 faiz azalıb. Bu barədə “Report”a Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Bu il oktyabrın 1-nə ölkədə 112092 ailəyə (491409 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı təyin olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz (23107 ailə) azdır. Ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği isə 129,82 manatdan 137,67 manata yüksəlib. Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrin 33935-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Yardımla təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 247879 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5709 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 4982 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi