Azərbaycanda aztəminatlı və gənc ailələr üçün yeni Dövlət Proqramının hazırlanması təklif edilir

Azərbaycanda aztəminatlı və gənc ailələr üçün yeni Dövlət Proqramının hazırlanması təklif edilir "Köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsini özündə əks etdirən konsepsiya olmalıdır"
Sosial müdafiə
28 Fevral , 2015 09:04
Azərbaycanda aztəminatlı və gənc ailələr üçün yeni Dövlət Proqramının hazırlanması təklif edilir

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aztəminatlı və gənc ailələr üçün yeni Dövlət Proqramının hazırlanmasını təklif edib. "Report"un xəbərinə görə, Ombudsmanın 2014-cü il üçün illik məruzəsində vurğulanıb ki, vətəndaşların, xüsusilə aztəminatlı və gənc ailələrin, habelə gənc alimlərin və mütəxəssislərin mənzillə təminatı məsələsinin həllinə kompleks yanaşma Dövlət Proqramında əks olunmalıdır.

Həmçinin Ombudsman qeyd edir ki, köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsini özündə əks etdirən konsepsiyanın və məqsədli Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi təmin edilməlidir.

Son xəbərlər

Orphus sistemi