​Azərbaycanla Almaniya birgə zavod tikəcək

​Azərbaycanla Almaniya birgə zavod tikəcək Bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri məlumat verib
Sosial müdafiə
24 Aprel , 2015 12:23
​Azərbaycanla Almaniya birgə zavod tikəcək

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan və Almaniya birgə əlil arabası zavodu tikəcək. “Report”un xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

O deyib ki, indiyə qədər əlillər üçün arabalar xaricdən alınırdı: “Bu isə maddi baxımdan baha başa gəlirdi. Əvvəlki illərdə alınan əlillər üçün arabalar Çin istehsalı olduğundan, keyfiyyətsiz idi. Daha keyfiyyətli və ucuz olması üçün Neftçala şəhərindəki sənaye məhəlləsində əlillər üçün araba zavodu tikiləcək”.

Son xəbərlər

Orphus sistemi