Azərbaycanın fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 29 442 nəfərə çatıb

Azərbaycanın fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 29 442 nəfərə çatıb Onlardan 88 faizə qədəri kişilərdən, digərləri qadınlardan ibarətdir
Sosial müdafiə
12 Aprel , 2016 14:15
Azərbaycanın fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 29 442 nəfərə çatıb

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanda tətbiq olunan fərdi uçot sistemi respublikamızda əmək fəaliyyəti ilə məşğul olan, ölkənin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbiləri də əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, həmin şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi işlərinin davamı kimi, cari ilin yanvar-mart aylarında Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 1 578 nəfər artaraq 29 442 nəfərə çatıb. Onlardan 88 faizə qədəri kişilərdən, digərləri qadınlardan ibarətdir. Ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə cari il aprelin 1-nə bu sistemdə fərdi şəxsi hesabı açılan əcnəbilərin sayında artım 6352 nəfər təşkil edib.

Hazırda fərdi uçot sistemində qeydiyyatda olan xarici ölkə vətəndaşları 120-ə yaxın ölkəni təmsil edirlər. Onların sırasında daha yüksək say göstəricisinə görə ilk yerləri Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşları tutir. Sonrakı yerlər Hindistan, İran, Çin, Banqladeş, Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Pakistan, Ukrayna, Filippin və s. ölkələrin vətəndaşlarına aiddir.

Əcnəbilərin sığorta-pensiya sistemi ilə əhatə olunması bu sistemin tələblərinin icrası ilə yanaşı, həmin insanların gələcəkdə sosial təminat və pensiya hüququna malik olmalarına da şərait yaradır.

Son xəbərlər

Orphus sistemi