Azərbaycanın 6 rayonunda səyyar protez-ortopedik bərpa xidməti göstəriləcək

Azərbaycanın 6 rayonunda səyyar protez-ortopedik bərpa xidməti göstəriləcək 2013-cü ildən bu günə qədər 2 mindən çox şəxs səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edilib
Sosial müdafiə
1 May , 2015 10:33
Azərbaycanın 6 rayonunda səyyar protez-ortopedik bərpa xidməti göstəriləcək

Bakı. 1 may. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 6 rayonda əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada mayın 6-da saat 9.00-dan 12.00-dək Qobustan rayon mərkəzi xəstəxanasında, saat 13.00-dan 18.00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, mayın 7-də saat 9.00-dan 13.00-dək İsmayıllı rayon Tibbi-Sosial Ekspert Komissiyasının və 14.00-dan 18.00-dək Göyçay rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binalarında, mayın 8-də saat 9.00-dan 13.00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və 14.00-dan 18.00-dək Ağsu rayon mərkəzi xəstəxanasında olacaq və əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.

Mərkəzin səyyar xidmət göstərməsi nəzərdə tutulan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Həmin insanlar ehtiyac duyduqları protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri ilə təmin ediləcəklər.

Qeyd edək ki, səyyar tibbi-texniki briqada 2013-cü ilin dekabr ayında yaradılıb və ötən dövrdə 2 min nəfərdən çox şəxsi səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib. 

Son xəbərlər

Orphus sistemi