Azərbaycanda övladlığa verilən uşaqların sayı məlum olub

Azərbaycanda övladlığa verilən uşaqların sayı məlum olub Onlardan 205-i bir yaşına qədər olan körpələrdir
Sosial müdafiə
15 Avqust , 2015 14:12
Azərbaycanda övladlığa verilən uşaqların sayı məlum olub

Bakı. 15 avqust. REPORT.AZ/ Ötən il Azərbaycanda övladlığa verilən uşaqların sayı məlum olub. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova "Report"a bildirib ki, 2014-cü ildə yerli ailələr 918 uşağı övladlığa götürüb: "Övladlığa götürülənlərdən 205 nəfəri 1 yaşa qədər olan körpələrdir. Onlardan 104-ü qız, 101-i oğlandır. Ötən il 1-5 yaşda olan 360 uşaq övladlığa götürülüb. Onlardan 163-ü qız, 197-si oğlandır".

Onun sözlərinə görə, göstərilən müddət ərzində yerli ailələrin övladlığa uşaq götürməsi ilə bağlı neqativ hallara çox rast gəlinməyib: "Lakin bir neçə halda övladlığa götürmə prosesində övladlığa götürən şəxs rəhmətə gedib, uşaq götürülməyib və uşaq evində qalıb. Buna bənzər hallar bəzən olur".

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda övladlığa götürülən uşaqların sayı 961 nəfər olub. Onların 204-ü (102 qız, 102 oğlan) 1 yaşa qədər olan körpələrdir. 1-5 yaşlı 429 uşaq övladlığa verilib. Onlardan 198-i qız, 231-i oğlandır. 

Son xəbərlər

Orphus sistemi