Azərbaycanda yeni pensiya formulunun tətbiqi nəzərdə tutulub

Azərbaycanda yeni pensiya formulunun tətbiqi nəzərdə tutulub Elman Mehdiyev: "Ola bilsin ki, ilkin mərhələdə ödənilən sosial sığorta haqlarının 100 faizi qeydə alınsın"
Sosial müdafiə
14 Oktyabr , 2015 17:04
Azərbaycanda yeni pensiya formulunun tətbiqi nəzərdə tutulub

Bakı. 14 oktybar. REPORT.AZ/ Azərbaycanda yeni pensiya formulunun tətbiqi nəzərdə tutulur. "Report" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Milli Məclisin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, qanunvericiliyə dəyişiklik layihəsində yeni pensiya formulunun tətbiqi nəzərdə tutulub: 

"Ola bilsin ki, ilkin mərhələdə ödənilən sosial sığorta haqlarının 100 faizi qeydə alınsın. Hətta yüksək sosial sığorta haqqı ödəyən insanlara heç bir staj tələbi qoymayaq. Minimum pensiya kapitalı göstərilə bilər. Kimlərinsə topladığı sosial sığorta kapitalı minimum pensiya təyinatına imkan verməyəcəksə, dövlət tərəfindən minimal görtəriciyə çatdırıla və onların sosial sığorta stajına tələb də dəyişdirilə bilər".

Son xəbərlər

Orphus sistemi