Azərbaycanda yaşı 90-dan artıq olan əmək pensiyaçılarının sayı açıqlanıb

Azərbaycanda yaşı 90-dan artıq olan əmək pensiyaçılarının sayı açıqlanıb Ölkədə ahıl pensiyaçıların ümumi sayı 335 min 506 nəfərdir
Sosial müdafiə
1 Oktyabr , 2015 12:04
Azərbaycanda yaşı 90-dan artıq olan əmək pensiyaçılarının sayı açıqlanıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Sentyabrın 30-na olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata düşən əmək pensiyaçılarının 335 506 nəfəri ahıl vətəndaşlardır". Bu barədə "Report"a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumata görə, ahıl pensiyaçılardan 203 526 nəfəri qadın, 131 980 nəfəri isə kişidir: "Ahıl pensiyaçıların 246 868 nəfəri 70-80 yaş arası, 81 414 nəfəri 80-90 yaş arası, 7 224 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır".

Hazırda ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla aparılması təmin olunub. Bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın bankomat fəaliyyət göstərir.

Qeyd edək ki, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür. 

Son xəbərlər

Orphus sistemi