Azərbaycanda yanvar ayı üzrə pensiyaların verilməsinə başlanılıb

Azərbaycanda yanvar ayı üzrə pensiyaların verilməsinə başlanılıb DSMF: Yanvar ayının birinci yarısına qədər bu proses bütün ölkə üzrə tam yekunlaşacaq
Sosial müdafiə
11 Yanvar , 2016 12:14
Azərbaycanda yanvar ayı üzrə pensiyaların verilməsinə başlanılıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanda yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanılıb. Bu barədə "Report"a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumata görə, DSMF-nin ötən ili sərbəst vəsait qalığı ilə başa vurması cari ilin yanvar ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə imkan verib. 

Fonddan bildirilib ki, Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köçürülməsi artıq başa çatdırılıb. Yanvar ayının birinci yarısına qədər bu proses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq.

Xatırladaq ki, ilkin məlumata əsasən, hazırda ölkədə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 295 min 900 nəfərdir. Onların 60,1 faizini yaşa görə, 28,9 faizini əlilliyə görə, 11,0 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Son xəbərlər

Orphus sistemi