​Azərbaycanda vəfat edən şəxslərin yaxınlarına dəfn müavinətlərinin verilməsi qaydası təkmilləşdiriləcək

​Azərbaycanda vəfat edən şəxslərin yaxınlarına dəfn müavinətlərinin verilməsi qaydası təkmilləşdiriləcək "Hazırda pensiyaların hesablanması toplanan pensiya kapitallarına uyğun reallaşdırılır"
Sosial müdafiə
10 İyun , 2015 14:29
​Azərbaycanda vəfat edən şəxslərin yaxınlarına dəfn müavinətlərinin verilməsi qaydası təkmilləşdiriləcək

Bakı. 10 iyun. REPORT.AZ/ "Azərbaycanda vəfat edən şəxslərin yaxınlarına dəfn müavinətlərinin verilməsi qaydası təkmilləşdiriləcək". Bunu "Report"un sualını cavablandıran Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib . O xatırladıb ki, pensiyaçılar və sığortaolunanlara görə dəfn müavinətinin verilməsini Fondun orqanları həyata keçirir.

Fənd sədrinin sözlərinə görə, əgər vəfat edən şəxs pensiyaçıdırsa, onun pensiyasının baza hissəsinə müvafiq şəkildə müavinət hesablanaraq ödənilir: "Yox əgər ölən şəxs sığortaolunandırsa, o zaman müavinət sosial sığorta hadisəsi kimi qiymətləndirilərək verilir. Bu sistemin təkmilləşdirilməsi digər müavinət növləri üzrə nəzərdə tutulub və bunun məqsədi ödənilən sosial sığorta müavinətlərinin toplanan pensiya kapitalına bağlılığını yaratmaqdır".

O bildirib ki, hazırda pensiyaların hesablanması toplanan pensiya kapitallarına uyğun reallaşdırılır və gələcəkdə islahat konsepsiyasına uyğun olaraq daha da dərinləşdiriləcək: "Amma müavinətlərin hesablanması və ödənilməsi toplanan pensiya kapitallarına uyğunlaşdırılmayıb".

Son xəbərlər

Orphus sistemi