Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı azalıb

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı azalıb Aprel ayında ünvanlı dövlət sosial yardımın bir ailəyə və adambaşına düşən orta aylıq məbləği 14,5 faiz artıb
Sosial müdafiə
15 May , 2015 12:23
Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı azalıb

Bakı. 15 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycanda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz azalıb. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu ilin aprel ayında respublika üzrə 113455 ailə (494892 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 26774 ailə (116694 nəfər ailə üzvü) və ya 19 faiz azdır.

Belə ki, ötən ilin aprel ayı ilə müqayisədə 2015-ci ilin aprel ayında ünvanlı dövlət sosial yardımının bir ailəyə və adambaşına düşən orta aylıq məbləği 14,5 faiz artmaqla müvafiq olaraq 144,98 manat və 33,24 manat təşkil edib.

Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 234990 nəfərdir. Onlardan 6329 nəfəri 1 yaşadək uşaqlardır ki, həmin uşaqlara görə ünvanlı sosial yardımdan əlavə olaraq, 45 manat məbləğində aylıq sosial müavinət də ödənilir. Həmçinin ünvanlı dövlət sosial yardımı alan ailələrdə sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5507 nəfərdir. Ünvanlı yardım təyin olunan ailələrin 32550-si tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

"Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda edilən müvafiq dəyişikliyə əsasən, bu ilin mart ayının 17-dən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə deyil, 2 il müddətinə təyin olunur.

Son xəbərlər

Orphus sistemi