Azərbaycanda saxta vizalar düzəldən əcnəbilər zərərsizləşdirilib

Azərbaycanda saxta vizalar düzəldən əcnəbilər zərərsizləşdirilib Ötən ay ərzində 3 478 əcnəbi Azərbaycan qanunvericiliyini pozub
Sosial müdafiə
16 Sentyabr , 2016 14:35
Azərbaycanda saxta vizalar düzəldən əcnəbilər zərərsizləşdirilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti tərəfindən ötən ay ərzində 3 478 əcnəbi tərəfindən Azərbaycan ərazisinə daxil olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumta görə, onlardan 22-nin Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 255 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 2 373 əcnəbinin ölkəni 48 saat ərzində tərk etmələri, 828 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8 862 müraciət daxil olub.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 95 985 əcnəbinin müraciəti qeydə alınıb.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 12 nəfər Pakistan və 2 nəfər İraq vətəndaşı saxlanılıb.

Araşdırma zamanı Pakistan vətəndaşlarından Basil Ahmad Zesha­nın və Wadvan Ahmadın 5 nəfər Pakistan İslam Respublikası vətəndaşına də­lə­duzluq yolu ilə saxta vizaların düzəldilməsinə cəhd göstərdikləri məlum olub. 7 nəfərin ölkə ərazisinə Pakistan vətəndaşı Sana Ur Rahman tərəfindən aldadılaraq gətirildikləri mə­lum olub. Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində Dövlət Miqrasiya Xidməti tərəfindən qeyd edilən əcnəbilər ifşa edilərək zərərsizləşdirilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 5 maarifləndirmə tədbiri keçirilib, o cümlədən 29 şəxsə səyyar xidmət göstərilib.

Son xəbərlər

Orphus sistemi