Azərbaycanda qızlara oğlan, oğlanlara qız adı verilməsinin illər üzrə statistikası açıqlanıb - SİYAHI

Azərbaycanda qızlara oğlan, oğlanlara qız adı verilməsinin illər üzrə statistikası açıqlanıb - SİYAHI “Report” Azərbaycanda qoyulan adlarla bağlı maraqlı statistikanı detallı şəkildə təqdim edir
Sosial müdafiə
18 Noyabr , 2015 14:13
Azərbaycanda qızlara oğlan, oğlanlara qız adı verilməsinin illər üzrə statistikası açıqlanıb - SİYAHI

“Report” Azərbaycanda qoyulan adlarla bağlı maraqlı statistikanı detallı şəkildə təqdim edir

Bakı. 18 noyabr. REPORT.AZ/ Noyabrın 16-da "Report" İnformasiya Agentliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi məlumatlarına istinadən ölkədə oğlanlara qız, qızlara oğlan adları qoyuması barədə məlumat yayıb. "Report" mövzunun gözlənildiyindən də artıq maraq doğurduğunu nəzərə alaraq, Ədliyyə Nazirliyinin "Elektron xidmətlər" bölməsinə istinadən 2011-2015-ci illərdə Azərbaycanda qoyulan adlarla bağlı maraqlı statistikanı detallı şəkildə təqdim edir.

Beləliklə, son beş ildə ölkədə 996 oğlan uşağına İslam adı verilib. 2011-ci ildə 1, 2012-ci ildə 2, 2013-cü ildə 1 qız uşağına da İslam adı verilib. 2011-ci ildə bir qız uşağına İslama adı qoyulub.

Ən çox qoyulan adlar sırasında olan Yusif adı son beş ildə 20 389 oğlan, eləcə də 47 qız uşağına verilib.

Belə ki, 2011-ci ildə 11, 2012-ci ildə 6, 2013-cü ildə 13, 2014-cü ildə 9, 2015-ci ildə 8 qız uşağına Yusif adı qoyulub.

Son beş ildə 23 qız uşağına Məhəmməd adı verilib. 2011-ci ildə 6, 2012, 2014. 2014-ci illərin hər birində 4, 2013-cü ildə isə 5 qız uşağına Məhəmməd adı verilib.

Son beş ildə ölkədə 19 319 qız uşağına Zəhra adı qoyulub. Eyni zamanda, 86 oğlan uşağına bu ad verilib. Belə ki, 2011-ci ildə 19, 2012-ci ildə 22, 2013-cü ildə 20, 2014-cü ildə 16 və 2015-ci ildə 9 oğlan uşağı valideynləri tərəfindən Zəhra adlandırılıb.

Hüseyn adı son beş ildə 13 902 oğlana verilib. 23 qız uşağına da bu ad qoyulub. Belə ki, 2011-ci ildə 8, 2012-ci ildə 3, 2013-cü ildə 3, 2014-cü ildə 3, 2015-ci ildə 6 qız uşağına Hüseyn adı verilib.

Son beş ildə 2533 oğlan uşağına Mehdi adı qoyulub. 5 qız uşağı da Mehdi adını alıb.

2011-ci ildə 1, 2013-cü ildə 1, 2014-cü ildə 2, 2015-ci ildə 1 qız uşağı Mehdi adlandırılıb.

Eyni zamanda, ötən beş ildə 610 oğlana Cəfər adı qoyulub. 2001-ci ildə isə bir qız uşağına Cəfər adı verilib.

Oğlan və qızlara verilən qarışıq adlar zamanı diqqət çəkən məqam odur ki, oğlanlara və qızlara qoyulan qarışıq adların hamısı dini adlardır.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətindən "Report"a verilən məlumata görə, respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində 1542 soyadın, adın və ata adının dəyişdirilməsi qeydə alınıb. İstisna olunmur ki, dəyişdirilən adların əksəriyyəti valideynlərin qoyduğu qeyri-adi adlar (oğlana qız, qıza oğlan adının qoyulması kimi) olub.

Rəqəmləri təqdim edilən statistikanı da oxucuların diqqətinə çatdırırıq. "Report" bir daha bəyan edir ki, bu, Ədliyyə Nazirliyinin rəsmi məlumatıdır:

Ad Cins 2011 2012 2013 2014 2015 Son 5 il üzrə
İSLAM kişi 219 200 243 179 155 996
İSLAM qadın 1 2 1 0 0 4
İSLAMƏLİ kişi 1 0 2 0 0 3
İSLAMXAN kişi 0 1 0 0 0 1
İSLAMCAN kişi 0 0 1 0 0 1
İSLAMA qadın 1 0 0 0 0 1
Ad Cins 2011 2012 2013 2014 2015 Son 5 il üzrə
YUSİF kişi 4170 3993 4413 4767 3046 20389
YUSİF qadın 11 6 13 9 8 47
YUSİFƏLİ kişi 10 7 5 6 3 31
YUSİFAĞA kişi 2 1 0 1 1 5
YUSİFCAN kişi 0 0 0 2 1 3
YUSİFBİLAL kişi 0 0 0 1 0 1
YUSİFZİYA kişi 0 1 0 0 0 1
YUSİFXAN kişi 0 0 0 0 1 1
YUSİFMƏSUD kişi 0 0 1 0 0 1
YUSİFİSLAM kişi 0 1 0 0 0 1
YUSİFHÜSEYN kişi 0 0 0 1 0 1
Ad Cins 2011 2012 2013 2014 2015 Son 5 il üzrə
MƏHƏMMƏD kişi 1914 1940 2024 1766 1255 8899
MƏHƏMMƏDƏLİ kişi 229 213 206 212 148 1008
MƏHƏMMƏDHÜSEYN kişi 12 13 4 14 10 53
MƏHƏMMƏDRZA kişi 2 8 5 4 4 23
MƏHƏMMƏD qadın 6 4 4 5 4 23
MƏHƏMMƏDƏMİN kişi 2 5 4 2 3 16
MƏHƏMMƏDRƏSUL kişi 1 5 4 3 1 14
MƏHƏMMƏDHƏSƏN kişi 2 3 2 3 3 13
MƏHƏMMƏDCAVAD kişi 0 1 6 4 1 12
MƏHƏMMƏDBAQİR kişi 1 2 3 2 1 9
MƏHƏMMƏDMEHDİ kişi 0 1 3 1 3 8

Ad Cins 2011 2012 2013 2014 2015 Son 5 il üzrə
ZƏHRA qadın 3756 3899 4249 4408 3007 19319
ZƏHRAXANIM qadın 31 32 23 28 20 134
ZƏHRA kişi 19 22 20 16 9 86
ZƏHRANUR qadın 5 14 12 20 20 71
ZƏHRABƏYİM qadın 5 0 4 2 0 11
ZƏHRAN kişi 0 1 0 0 1 2
ZƏHRAZEYNƏB qadın 0 1 0 0 0 1
ZƏHRAYİNUREL qadın 0 0 0 1 0 1
ZƏHRAYİ qadın 1 0 0 0 0 1
ZƏHRAY qadın 0 0 0 1 0 1
ZƏHRAGÜLBƏRRA qadın 0 1 0 0 0 1

Ad Cins 2011 2012 2013 2014 2015 Son 5 il üzrə
HÜSEYN kişi 2787 2844 2939 3201 2131 13902
HÜSEYNƏLİ kişi 21 16 41 31 20 129
HÜSEYNAĞA kişi 24 25 27 21 17 114
HÜSEYN qadın 8 3 3 3 6 23
HÜSEYNBALA kişi 5 5 4 1 2 17
HÜSEYNQULU kişi 1 3 4 1 3 12
HÜSEYNXAN kişi 1 6 4 0 1 12
HÜSEYNALI kişi 5 4 1 0 1 11
HÜSEYNCAN kişi 2 1 2 1 0 6
HÜSEYNBABA kişi 1 1 1 1 1 5
HÜSEYNABBAS kişi 0 0 1 1 0 2


Ad Cins 2011 2012 2013 2014 2015 Son 5 il üzrə
MEHDİ kişi 428 483 514 552 556 2533
MEHDİHÜSEYN kişi 4 5 3 3 2 17
MEHDİXAN kişi 2 2 1 0 1 6
MEHDİ qadın 1 0 1 2 1 5
MEHDİZAMAN kişi 1 1 0 2 0 4
MEHDİTAHİR kişi 0 1 0 0 0 1
MEHDİQULU kişi 1 0 0 0 0 1
MEHDİƏLİ kişi 1 0 0 0 0 1
MEHDİALİ kişi 0 1 0 0 0 1
Ad Cins 2011 2012 2013 2014 2015 Son 5 il üzrə
CƏFƏR kişi 132 138 107 133 100 610
CƏFƏRSADİQ kişi 7 2 4 3 2 18
CƏFƏRAĞA kişi 2 0 3 2 0 7
CƏFƏRİSADİQ kişi 0 0 0 3 2 5
CƏFƏRQULU kişi 3 0 1 0 0 4
CƏFƏR SADİQ kişi 0 1 0 0 1 2
CƏFƏRXAN kişi 0 0 0 0 1 1
CƏFƏRSADİK kişi 0 0 1 0 0 1
CƏFƏRLİ qadın 1 0 0 0 0 1
CƏFƏRİTƏYYAR kişi 0 0 0 0 1 1
CƏFƏR qadın 1 0 0 0 0 1

Son xəbərlər

Orphus sistemi