​Azərbaycanda qida kimi ən çox hansı yağlardan istifadə olunduğu açıqlanıb

​Azərbaycanda qida kimi ən çox hansı yağlardan istifadə olunduğu açıqlanıb Ərzaq məhsulu kimi 44 681 ton kərə yağı istifadə olunub
Sosial müdafiə
2 Noyabr , 2015 15:49
​Azərbaycanda qida kimi ən çox hansı yağlardan istifadə olunduğu açıqlanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanda yağlar arasında ərzaq məhsulu kimi daha çox duru bitki yağlarına üstünlük verilir.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycanda istehlakçılar 98 621 ton duru bitki yağlarından ərzaq məhsulu kimi istifadə edib. Ölkədə 2014-cü ildə 67 970 ton duru bitki yağları istehsal olunub. 115 301 ton yağ idxal, 27 400 ton yağ isə ixrac edilib.

Ötən il 29 284 ton marqarin yağı istehsal, 28 432 ton marqarin yağı ərzaq məhsulu kimi istifadə olunub.

Həmçinin, keçən il ərzaq məhsulu kimi 44 681 ton kərə yağı istifadə olunub.

23 655 ton kərə yağı ölkədə istehsal olunsa da, 21 776 ton məhsul xaricdən idxal edilib.

Son xəbərlər

Orphus sistemi